BAKI-QUBA YOLUNDA DƏHŞƏT - Mikroavtobusla TIR toqquşub, 7 nəfər ölüb / FOTO, YENİLƏNİB

15/12/2022 - 11:49

Baş Dövlət Yol Polisi İdarəsinin Siyəzən rayonunda 7 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb.

İdarənin əməkdaşı polis leytenantı Elvin Hacıyev “Report”a bildirib ki, bu gün səhər saat 10 radələrində Bakı-Quba-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, 98-ci km-liyində Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlunun idarə etydiyi “Mercedes Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə əks istiqamətdən gələn Göyçəliyev Şaiq Məmməd oğlunun idarə etdiyi “DAF” markalı (TIR), 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə hər iki sürücü və daha 5 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

*** 11:23

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vita" markalı mikroavtobusla TIR toqquşub.

İlkin məlumata görə, 6 nəfərin öldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.