Boliviya prezidenti sələfi Evo Moralesin avtomobilinin atəşə tutulmasını pisləyib

28/10/2024 - 06:12

Hər hansı zorakılıqdan istifadə qınana bilər və araşdırılmalıdır. APA xəbər verir ki, bunu Boliviya prezidenti Luis Arce “Telegram” hesabında sələfi Evo Moralesin avtomobilinin atəşə tutulmasını şərh edərkən deyib. “Ona görə də mən baş verənləri müəyyən etmək üçün dərhal hərtərəfli araşdırma aparılmasını əmr etdim”, - deyə o bildirib. Qeyd edək ki, Boliviyanın keçmiş prezidenti Evo Moralesin avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15