BP Rusiyadan “qan pulu” alır? - Zelenskinin müşavirindən AÇIQLAMA

02/12/2022 - 12:29

Ukrayna prezidentinin müşaviri Oleq Ustenko bildirib ki, o, BP neft şirkətinin rəhbərinə dövlətə məxsus “Rosneft”dəki payının satışından “qan pulu” ala biləcəyi barədə xəbərdarlıq edib.

Qafqaz.media xəbər verir ki Ustenko BP-nin baş direktoru Bernard Luniyə yazdığı məktubda Britaniya neft nəhəngini müharibədən qazanc əldə etməsinin qarşısını almaq üçün plan hazırlamağa çağırıb. "Bu, sadəcə olaraq “qan pulu”, Ukrayna vətəndaşlarının öldürülməsindən əldə edilən şişirdilmiş gəlirdir", - Ustenko vurğulayıb.

BP israr edir ki, artıq Rusiyadan, o cümlədən “Rosneft”-dəki 20% payından gəlir əldə etmir. Fevral ayında genişmiqyaslı işğal başlayanda şirkət bu pay üçün alıcı axtaracağını açıqlayıb və hələ də axtarışda olduğunu iddia edib.

Eyni zamanda bu səhmlər üzrə dividendlər də hesablanıb (BP onları almadığını israr edir). Qeyri-hökumət təşkilatı “Global Witness” hesab edir ki, təkcə bu paketdən dividendlər 700 milyon dolları keçə bilər.

BP bildirir ki, bütün dividendlər Rusiya hökumətinin icazəsi olmadan, vəsaiti çıxarmaq mümkün olmayan xüsusi bank hesabına köçürülür.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33