Çexiya parlamenti Ukrayna hərbçilərinin ölkədə təlim keçməsinə icazə verdi
02/12/2022 - 00:54
![](/sites/default/files/styles/slide/public/2022-12/%C3%87exiya%20parlamenti.jpeg?itok=Jq83PYva)
Çexiya parlamenti bir neçə min ukraynalı əsgərin ölkədəki “Libava” poliqonunda təlim keçməsinə səs verib.
Qafqaz.media xəbər verir ki, söhbət mexanikləşdirilmiş bölmələrdən olan 4 min Ukrayna hərbçisindən gedir. Onların hər biri dörd həftəlik kurs keçəcək və ümumilikdə beş belə kurs olacaq.
Bundan əlavə, Çexiya hərbçiləri ukraynalı əsgərlərə Aİ-nin digər ölkələrində təlim keçəcək.
Qeyd edək ki, Ukrayna hərbçiləri üçün təlimlər indi bir çox ölkələrdən - ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyadan olan mütəxəssislər tərəfindən keçirilir.
Qafqaz.media