Cəlilabadda payızlıq kartof yığımının məhsuldarlığı yüksək olub

20/12/2024 - 08:31

Cari il Cəlilabad rayonunda əkin sahələrində payızlıq kartofun məhsuldarlığı ötən illə müqayisədə yüksək olub. Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il Cəlilabad rayonunda təkrar əkin kimi 1 000 hektar sahədə payızlıq kartof əkilib. Sahələrdən indiyə qədər 7 000 tondan çox məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 17-20 ton olub. Ötən il isə bu rəqəm hər hektar üçün 15-16 ton təşkil edib. Həmçinin qeyd olunub ki, məhsul əsasən paytaxt bazarlarına göndərilir. Qeyd edək ki, bu il rayonda 2 900 hektar sahədə yazlıq kartof əkilib və 81 740 ton məhsul əldə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hərbçimiz minaya düşdü
20/12/2024 - 18:35
Əhalinin sayı açıqlandı
17/12/2024 - 14:38