“Ədalət Ordusu” İranda böyük çaxnaşma yaratdı

16/12/2023 - 18:51

0

“Azad İran” “YouTube” kanalı xəbər verir ki, İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Məcid Mirəhmədinin verdiyi məlumata görə, hadisə cümə günü gecə saat 2-də baş verib və bu zaman 10 silahlı şəxs Raskdakı polis bölmələrindən birinə hücum edib.

Hücumçular yerli qüvvələrə kömək gəlməsinin qarşısını almaq üçün həmin əraziyə göndərilən qoşunların yolunda pusqu da qurublar.

Bu hücuma görə məsuliyyəti “Ceyşül-Ədl”, yəni “Ədalət Ordusu” adlanan qruplaşma öz üzərinə götürüb. 

2012-ci ildə yaranmış və əsasən etnik bəluçlardan ibarət bu təşkilat İran rejiminə qarşı silahlı mübarizə aparır.

O, özünü İrandakı bəluç sünni azlığın İran hakimiyyəti tərəfindən tapdanan haqlarının müdafiəçisi kimi təqdim edir, həmçinin İranın Suriyadakı Bəşər Əsəd rejimini dəstəkləməsinin əleyhinə çıxır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33