DATÜB zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərdi – FOTOLAR

09/02/2023 - 13:47

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) başlatdığı və dünyanın 9 ölkəsində yaşayan Axıska Türklərinin intensiv şəkildə iştirak etdiyi yardım kampaniyası davam edir.

Qafqaz.media xəbər verir ki, zələzələdən zərərçəkənlərin su ehtiyaclarını qarşılamaq üçün DATÜB tərəfindən göndərilən yük maşını fəlakət bölgəsinə hərəkət edib.

DATÜB Baş katibi Fuat Uçar "Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsi Müdirliyi ilə koordinasiyalı şəkildə yardıma təcili ehtiyacı olan Qaziantep/Nizipə su dolu yük maşınımızı göndərdik. Bu çərçivədə işlərimiz davam edir", - deyə açıqlama verib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12