ERMƏNİ SİLAHLILARI XOCALIDA HƏRBİ TƏLİM KEÇİRİR - Rusiya “sülhməramlıları”nın gözü qarşısında… / VİDEO
26/11/2022 - 20:43
Qeyri-qanuni erməni terrorçu qruplaşmaları Xocalı yaxınlığındakı hərbi poliqonda hərbi təlimlər keçirirlər.
Qafqaz.media bildirir ki, məlumatı sübut edən video kadrlar rus “Teleqram” kanalları tərəfindən yayımlanıb.
Məsələnin narahatedici tərəfi budur ki, tank təlimləri Rusiya “sülhməramlıları”nın gözü qarşısında baş tutur.
Şübhəsiz, bu fakt Azərbaycanın suveren ərzilərinə qanunsuz şəkildə müdaxilədir və rəsmi Bakınin antiterror əməliyyatlarına başlaması üçün kifayət qədər ciddi əsas hesab oluna bilər…
Qafqaz.media