Ermənistan Türkiyə nümayəndələri ilə görüşün gündəliyini AÇIQLADI

01/12/2022 - 12:53

“Noyabrın əvvəlində Ermənistan və Türkiyə nümayəndə heyətləri sərhəddə görüşüb”.

Qafqaz.media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib.

Onun sözlərinə görə, texniki nümayəndə heyətlərinin görüşündə sərhədlərin açılması, körpülərin təmiri, qarşılıqlı hərəkətə nəzarət, gömrük nəzarəti, texniki hazırlıq, o cümlədən iyulun 1-də əldə olunmuş razılıqların icrası ilə bağlı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə məsələlər müzakirə olunub.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın sərhəddə iki ölkə nümayəndələrinin görüşünün keçirildiyini və müzakirələr aparıldığını bildirmişdi.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33