Fransada Fələstini tanımağı vəd edən partiya seçkilərdə qələbə çalıb
Fransada prezident Emmanuel Makronun qərarı ilə keçirilən növbədənkənar parlament seçkilərində birinci olan solçu “Yeni Xalq Cəbhəsi” ittifaqının əsas seçki vədləri arasında Fələstin dövlətinin tanınması var.
APA xəbər verir ki, ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin təsdiqlənməmiş nəticələrinə görə, “Yeni Xalq Cəbhəsi” Milli Assambleyada ən çox mandata malik ittifaq olub.“Yeni Xalq Cəbhəsinin” sonra ikinci yerdə qərarlaşan prezident Makronun “Hamımız Respublika Naminə” ittifaqı və birinci turun qalibi olan ifrat sağçı “Milli Birlik” alyansı üçüncü yerdə qərarlaşıb.Makron və solçuların ifrat sağçılara qarşı üstüörtülü əməkdaşlıq etdiyi bu gün keçirilən ikinci turda heç bir ittifaq Parlamentdə hökumət qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilməyib.Seçkilərin qalibi, solçu “Yeni Xalq Cəbhəsi” alyansının ən böyük partiyası və Fələstinin tərəfdarı olan “Üsyankar Fransa”nın yeni hökumətin qurucu qüvvələrindən biri olub-olmayacağı hələ məlum deyil.Seçki kampaniyasında sol ittifaq minimum əmək haqqını 1600 avroya çatdıracağına söz vermiş, həmçinin ərzaq, enerji və yanacağın qiymətlərini donduracağını vəd etmişdi.Solçu ittifaq Fələstini rəsmən tanımağa söz verdiyi halda, həmçinin Qəzza və işğal altındakı İordan çayının qərb sahilində beynəlxalq hüquqa əməl etmədiyi təqdirdə İsrailə qarşı sanksiyalar tətbiq edəcəyinə söz vermişdi.İcarəyə verilən subsidiyaların 10 faiz artırılması və pensiya yaşının 60-a endirilməsi də alyansın vədləri arasında idi.İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölkədə Fələstinə dəstək nümayişlərinə rəhbərlik edən “Üsyankar Fransa” (LFI) partiyası, növbədənkənar parlament seçkilərində olduğu kimi Avropa Parlamenti (AP) seçkilərində də Fələstin məsələsinə dəstək verib.Fransada Fələstini dəstəkləyən bəzi LFI millət vəkilləri "terror təbliğatı" səbəbiylə ifadə verməyə də çağırılıb.