“GÜN BİRLİK OLMA GÜNÜDÜR” – Mövlud İşık: “DATÜB yardım kampanyasına başlayan ilk təşkilatlardandır” / Fotolar

08/02/2023 - 20:08

“Azərbaycanda yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyinin sədri və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xalilovun talimatı ilə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə həyata keçirilən Türkiyəyə dəstək aksiyasına qatıldıq”.

Qafqaz.media xəbər verir ki, bu barədə Axısxa Türkləri "Vətən" İctimai Birliyinin sədr müavini, DATÜB İdarə Heyətinin üzvü Mövlud İşık açıqlama verib.

“Azərbaycan QHT-ləri və Azərbaycanda yaşayan Axısxa Türkləri olaraq Türkiyənin Azərbaycandakı Səfirliyinin önünə gəlib, can qardaşlarımıza dəstəyimizi bildirərək, əkili qoyduq. Türkiyənin yanında olduğumuzu bildirərək, zəlzələ sırasında dünyasını dəyişən insanlarımıza başsağlığı verdik”, - deyən M.İşık onu da xatırladıb ki, hazırda DATÜB və Axısxa Türkləri Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyasını davam etdirir: “Nəzərinizə çatdırırıq ki, Kahramanmaraş başda olmaqla, Türkiyənin 10-a yaxın şəhərində meydana gələn zəlzələnin nəticələrinin ortadan qaldırılması üçün yardım kampanyasına başlayan ilk təşkilatlardanıq və xalqımız kampanyaya böyük maraq göstərir və dəstəyini əsirgəmir.

Allah dünyadan köçənlərə rəhmət, yaralılara şəfa versin!”

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12