İran-Pakistan savaşının pərdəarxası - TƏHLİL
İki ölkə arasındakı müharibəni hansı güclər önlədi və bu savaşın alovlanmasında kimlər maraqlı idi...
Bu günlərdə İranın qəzəbinə tuş gələn daha bir ölkə Pakistan oldu. Dünya İranın savaş ritorikasının hədəfinin İsrail olacağını gözləyirdi. Amma bu dəfə nişangahda Pakistan vardı…
Əlbəttə, İranın zərbəsi cavabsız qalmadı. Amma bir anlıq alovlanan müharibə atəşi tez zamanda da söndü. Pakistan hökuməti İranla diplomatik münasibətləri bərpa etmək və eskalasiyanı dayandırmaq qərarına gəldi.
Yanvarın 19-da Pakistanın xarici işlər naziri Cilani iranlı həmkarı Abdullahyanla telefon danışığı apardı. Nazirlər iki ölkə səfirlərinin yaxın vaxtlarda geri qaytarılması ilə bağlı razılıq əldə etdilər. Nəticədə Pakistan İranla diplomatik münasibətləri bərpa etmək qərarına gəldi. Beləliklə, əvvəllər geri çağırılan səfirlər Tehran və İslamabada qayıdacaqlar.
Xatırladaq ki, yanvarın 17-də Pakistan Xarici İşlər Nazirliyi öz səfirini İrandan geri çağırdığını açıqlamışdı. Bəs necə oldu ki, bir anda alovlanan müharibə qığılcımları tez söndü, ocağa çevrilə bilmədi?
İran və Pakistan arasında qarşılıqlı hava hücumlarının əsas səbəbi odur ki, Çinin bütün mühüm logistik kommunikasiyaları bu bölgədən keçir. Pakistan hökuməti xüsusi iqtisadi zona yaratmaq üçün Qvadar limanında (Pakistanın Bəlucistan əyaləti) 152 hektar ərazini Çinin dövlət şirkəti olan “China Overseas Port Holding”ə 43 il müddətinə icarəyə verib. İcarə sazişində qeyd olunur ki, “Honq-Konqda yerləşən Çin şirkəti Pakistanın üçüncü ən böyük dəniz limanı olan Qvadar limanını, həmçinin beynəlxalq hava limanını və sahilyanı dəniz zonasının idarə olunması şirkətini idarə etmək üçün tam hüquqlara malik olacaq. Çinin sərmayəsi Qvadarda 1,62 milyard dollar təşkil edəcəyi gözlənilir. Bu sərmayə növbəti beş il ərzində limandan sahilə avtomobil yolunun, dəmir yolu xəttinin, dalğaqıranların və digər doqquz layihənin tikintisinə sərf olunacaq. Liman infrastrukturunun tikintisini Çinin “China Overseas Port Holding” və “Zhuhai Port Holding” şirkətləri birgə həyata keçirəcək.
Ərəbistan dənizinin sahilində yerləşən Qvadar Pakistanın yeganə dərin sulu dəniz limanıdır və dünya neft ticarəti üçün strateji əhəmiyyət kəsb edən, Oman və Oman körfəzini birləşdirən Fras körfəzinin Hörmüz boğazına bir növ “qapı” kimi xidmət edir.
Qvadar həm də Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən başlayan “Çin-Pakistan İqtisadi Dəhlizi”nin cənub ucudur. Ümumi dəyəri 46 milyard dollar olan bu irimiqyaslı layihə Çini Mərkəzi Asiyanın enerji ilə zəngin ölkələri ilə birləşdirəcək və Çinin idxal etdiyi neftin 80%-dən çoxunun keçdiyi Malakka boğazına alternativ olacaq.
Çin Pakistan hökuməti ilə birlikdə Çinin qərbindəki Kaşqar logistika mərkəzi ilə Pakistanın üç əsas limanı arasında Pakistanın şimalında Orta Asiya ölkələri üçün dənizə çıxış açacaq iqtisadi dəhliz tikintisi layihəsini həyata keçirir. Pakistanın ümumi konteyner dövriyyəsi hazırda təxminən 3,6 milyon TEU (1 TEU = 21,6 ton) təşkil edir və növbəti 5-10 ildə 10 milyon TEU-ya yüksələcək.
Kəraçi limanında iki konteyner terminalı fəaliyyət göstərir – “Hutchison Port Holdings” tərəfindən idarə olunan “Karaçi İntenational” və “International Services Container Terminals” tərəfindən idarə olunan “Pakistan İntenational”. “Hutchison” tərəfindən idarə olunan üçüncü terminal bu il fəaliyyətə başlayacaq və Pakistanın ən böyük limanının ümumi tutumunu ildə demək olar ki, 3 milyon TEU-ya çatdıracaq. Çin “Qvadar limanı” layihəsini özünün “COPHC” şirkətinin rəhbərliyi altında həyata keçirir. Liman Fars körfəzi regionundan neft üçün qısa marşrut təmin etmək məqsədilə Çin sərmayəsi ilə tikilib.
Limanın digər xüsusiyyəti konteynerlərin daşınmasıdır. 2013-cü ildə ildə 500 min TEU gücündə “Gwadar İnternational Terminal” konteyner terminalının tikintisi başa çatdırılmışdır. 2015-ci ilin may ayında terminal “COSCO” gəmisinə gələn ilk konteynerləri qəbul etmişdi.
2015-ci ildə Qvadar limanının gücü ildə təxminən 5,5 milyon ton idi. Limanda həm də azad ticarət zonası layihəsi həyata keçirildiyindən bunun xeyli artacağı gözlənilirdi. 2016-cı ilin sonunadək Qvadar və Kəraçi limanları ilə Pakistanın Lahor şəhəri yaxınlığındakı sənaye rayonu arasında konteynerlərin çatdırılması üçün dəmir yolu konteyner xidmətinin işə salınması planlaşdırılırdı.
Məsələ bura qədər qismən aydınlaşdı. İndi sualı fərqli formada qoymaq olar? Niyə İran Pakistanın raket hücumunu uddu və dərhal barışmağa razı oldu?
Çünki Pekindən gələn “nərə” səsindən sonra dərhal Vatikanın İranın əliylə müsəlmanlara qarşı iddialı terror layihəsini reallığa qaytardı. Çindən gələn ilk konteyner gəmisi İranın əsas Çabahar limanına yanaşdı və bu, Çin və bu cənub-şərq İran limanı arasında ilk birbaşa gəmiçilik xəttinin yaradılmasını təmsil edirdi.
“Çahbehar Azad Zona Təşkilatı”nın icraçı direktoru Əmir Moqaddam bildirib ki, Çin gəmilərini daha əvvəl limanın yerləşdiyi cənubdakı Hormozqan əyalətinin mərkəzi Bəndər Abbas liman şəhərində boşaldıblar. Daha sonra mallar kiçik gəmilərlə Çabahara daşınıb. Bu limanlar arasında sahil xətti boyunca məsafə təxminən 550 km-dir.
“Çin və Çabahar arasında birbaşa daşıma xətti yükün 10 gün əvvəl çatdırılmasına imkan verir və yükləmə-boşaltma xərcləri bir konteynerə görə 400 dollar azalır”, - deyə rəsmi vurğulayıb. O qeyd edib ki, bu gəmiçilik xəttinin yaradılması Çabahar limanı vasitəsilə tranzitin inkişafında böyük rol oynayır. Konteyner qatarı daha sonra İran ərazisindən keçməklə Çinin Siyamen limanından Sergeli stansiyasına doğru hərəkət edir. Məişət texnikası ilə yüklənmiş konteynerlər dəniz yolu ilə Çindən Bəndər Abbas limanına daşınaraq Türkmənistan üzərindən Özbəkistana daxil olur və oradan İranın Bəndər Abbas limanındakı dəmir yolu platformalarına yüklənir.
“Şimal-Cənub” Beynəlxalq Transport Dəhlizi və İranın Çabahar limanı Avrasiya iqtisadi əməkdaşlığını gücləndirə bilər. Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Ermənistan, Polşa, İsveç, İngiltərə, Hindistan və Qırğızıstandan olan tanınmış alimlər Mərkəzi Asiya, MDB və Rusiyanın dənizə çıxışı olmayan ölkələri üçün “Şimal-Cənub Beynəlxalq Transport Dəhıizi” ilə Çabahar limanının əhəmiyyətini və üstünlüklərini vurğulayan məruzələrlə çıxış ediblər.
Yeri gəlmişkən, husilərin Qırmızı dənizdə ABŞ-a teatrlaşdırılımış hücumları və ABŞ-ın da guya ki, husilərə zərbə endirmək səhnəsi Çinə qarşı qurulmuş ssenaridir. Yəni Çin və Avropanı Şərqin enerji resurslarından kəsmək proqramı həyata keçirilir. Husilər Yaxın Şərqdə hər üç su yolunu bağlamağı planlaşdırır. Belə ki, onların “Ənsar Allah” hərəkatı Yaxın Şərqin hər üç əsas su yolunu - Bab əl-Məndəb, Hörmüz boğazı və Süveyş kanalını bağlamaqla Əl-Əqsa üçbucağı adlandırdıqları planı həyata keçirməyi düşünür. Bu, həmçinin, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanından İsrailə neft və qaz nəqlinin dayandırılmasına səbəb olacaq.
Sadalananlardan göründüyü kimi, piştaxta altında ABŞ-la əlbir olan İran Çinin tranzit daşımalarına xələl gətirmək üçün Vaqşintondan aldığı gizli direktivi yerinə yetirmək üçün Pakistana zərbə endirsə də, Pekinin qorxusundan tez “özünə gəldi”. Demək, belə anlaşılır ki, Pakistana zərbə elə Çinin iqtisadi maraqlarına zərbə deməkdir. Bunu isə İrandan ABŞ istəyə bilər. Pekinin “özünə gəl” komandasından sonra isə İran təcili “səhvini başa düşüb” və geri çəkilib.
Yeri gəlmişkən, daha bir nüansa diqqət edək. Çin Cənubi Amerika ticarət magistralını “İpək Yolu” meqa limanı ilə genişləndirir. Belə ki, bu ilin sonunda fəaliyyətə başlayacaq Perunun Çankay şəhərində 3,5 milyard dollar dəyərində olan dərin su limanı Çinə təbii resurslarla zəngin bölgəyə birbaşa keçid təmin edəcək.
Nəzarət paketi Çin dövlətinə aid “Cosco Shipping” şirkətinə məxsus olan liman Cənubi Amerikada Çinin nəzarətində olan ilk liman olacaq. O birbaşa Asiyaya gedə biləcək ən böyük yük gəmilərini qəbul edə biləcək və bəzi ixracatçılar üçün səyahət müddətini iki həftə azaldır.
Pekin və Lima ümid edir ki, Çankay həm And ölkəsindən mis ixracı, həm də hazırda Panama kanalından keçən və ya Çinə buxarlanmadan əvvəl Atlantik okeanının ətəkləri ilə keçən Braziliyanın qərbindəki soya üçün regional mərkəzə çevriləcək. Beləliklə, Çinin on illik "Kəmər və Yol" proqramının bir halqası olan yeni liman Pekinin Latın Amerikasında artan təsirinə qarşı durmağa çalışan ABŞ və Avropanın üzləşdiyi problemi təcəssüm etdirir.
Ülviyyə ŞÜKÜROVA