İranda həbs olunan azərbaycanlı həkim Təbriz zindanına köçürüldü - FOTO

03/01/2023 - 15:08

Molla rejimi tərəfindən həbs olunan azərbaycanlı həkim Təbrizin mərkəzi zindanına köçürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, “Şühəda” xəstəxanasının ortoped rezidenti, doktor Rza Rzazadə dekabrın 7-də Təbriz Prokurorluğuna çağırılıb, sonra isə həbs edilib. O, ölkənin idarəçilik sistemini və rəhbəri təhqir etməkdə ittiham olunub.

Rza Rzazadənin dünən 7 saylı şöbənin prokuroru Hadi Qafuryanın əmri ilə Təbrizin mərkəzi həbsxanasına köçürüldüyü bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ