İsveç Türkiyə ilə dialoqu bərpa etmək istəyir - BAŞ NAZİR AÇIQLADI

25/01/2023 - 08:45

İsveçin baş naziri Ulf Kristersson rəsmi Ankara ilə Stokholm arasında pisləşən münasibətlər fonunda Türkiyə ilə dialoqu bərpa etmək istədiyini açıqlayıb.

Bu barədə baş nazir keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "milli təhlükəsizlik sahəsində Finlandiya ilə birlikdə NATO-ya ən yaxın zamanda daxil olmaqla bağlı məsələdən daha vacibi yoxdur".

Xatırladaq ki, Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin Skandinaviya ölkələrinin NATO-ya üzvlüyü məsələsi ilə bağlı görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33