Kanada azərbaycanlıları terror aktını pisləyən bəyanat yayıb

31/01/2023 - 15:57

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş silahlı hücum Kanadanın Kvebek vilayətində yaşayan soydaşlarımızı hiddətləndirib.

Kvebek Azərbaycanlıları Assosiasiyasının  və Monreal Kanada-Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatlarda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənilib. İranda heç bir diplomatik nümayəndəliyin, heç bir insanın toxunulmazlığına zəmanətin olmamasına, 40 milyon azərbaycanlının hüquqlarının davamlı olaraq pozulmasına, Azərbaycana münasibətdə məhz İran İslam Respublikasının Ermənistanla eyni mövqedən çıxış etdiyinə, ölkəmizin sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinə diqqət cəlb edilib.

Yaranmış durumdan dərin narahatlıq keçirən soydaşlarımız Kanada ictimaiyyətini və beynəlxalq birliyi bu terror aktına etiraz səsini ucaltmağa və cavabdeh şəxslərin cəzalandırılması istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ