Livanda İsrailin hücumları nəticəsində 100-dən çox səhiyyə işçisi həlak olub
İsrailin zərbələri nəticəsində Livanda 100-dən çox səhiyyə işçisi həlak olub. APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin tibbi xidmətlər departamentinin direktoru, doktor Cozef El-Helu açıqlama verib. “Livan Səhiyyə Nazirliyi vəziyyətə nəzarət edir. Cənubda üç dövlət xəstəxanası və bir özəl xəstəxana atışmalara görə fəaliyyətini dayandırıb. Həkimlər fasiləsiz işləyirlər”, - deyə o bildirib. Onun sözlərinə görə oktyabrın 9-na olan məlumata görə, İsrailin zərbələri başlayandan bəri ölənlərin sayı 2141 nəfərə çatıb. İsrail ordusu isə mülki insanları hədəf almadığını və hücumların “Hizbullah”ın hədəflərinə yönəldiyini iddia edir.