Niger prezidenti qaçmağa çalışdı – PLAN BAŞ TUTMADI…

20/10/2023 - 12:19

Nigerin ​​devrilmiş prezidenti Muhammed Bazum həbsdən qaçmaq istəyib.

Xarici KİV-lər xəbər verir ki, prezidentin bu cəhdi uğursuz olub.

Ölkənin hərbi hökumətinin yaydığı bəyanatda bildirilir ki, cümə gününə keçən gecə naməlum muzdlular qrupu Niamey şəhərinə sızaraq Bazumu ailəsi, aşpazları və mühafizəçiləri ilə birlikdə qaçaqmalçılıq yolu ilə çıxarmağa cəhd ediblər.

Plana görə, keçmiş prezident əvvəlcə paytaxtın kənarında gizlənəcək, sonra isə xarici qüvvələr tərəfindən verilən helikopterlərlə ölkədən çıxarılacaqdı.

Niger Hərbi Şurası qaçış cəhdindən xəbərdar olduqlarını və bunun qarşısını almaq üçün Niameydə əməliyyat keçirildiyini bildirib.

Yerli sakinlər bildiriblər ki, şəhərdə atışma səsləri eşidilib və prezident qvardiyasının zirehli texnikası paytaxt boyu bir sıra evləri mühasirəyə alıb.