Paris-2024-ün bürünc mükafatçısı: Medalım cəmi 3 günə bərbad hala düşdü, paslanır, geri qaytarmağı düşünürəm - FOTO - VİDEO

20/01/2025 - 13:48

"Paris Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü". Bu sözləri apasport.az-a açıqlamasında Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib. Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib: "Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır". O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür: "Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım". Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndəriblər.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Pomidor şirəsinin faydaları
18/01/2025 - 09:05
Kimlərə şaurma yemək olmaz?
18/01/2025 - 04:55