QAFQAZ.MEDİA FƏALİYYƏTİNİ DAYANDIRDI!

17/02/2023 - 11:52

Təxminən 1 il 6 ay əvvəl fəaliyyətə başlayan Qafqaz.media saytı üçün yolun sonu göründü! 

Belə ki, son aylar maddi problemlər səbəbilə ayaqda durmaqda çətinlik çəkən Qafqaz.media, artıq kollektivin birgə qərarı ilə öz fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qaldı.

Saytımızın 18 aylıq fəaliyyətinə dəstək olan dostlara, eləcə də bu müddət ərzində bizə etimad göstərən, Azərbaycan türkcəsi və rus dilində işıq üzü görən Qafqaz.media-nı ardıcıl olaraq izləyən dəyərli oxuculara kollektivimiz adından təşəkkür edirik. 

İnanırıq ki, tezliklə eyni komanda ilə yeni və daha uğurlu bir layihə ilə görüşünüzə gələcəyik.

Üstəlik, Qafqaz.media-nın oxucuları üçün gün ərzində VİDA YAZISInı da dərc edəcəyik. Bu yazıda saytın 1 il 6 aylıq fəaliyyəti ilə bağlı bütün suallara cavab tapa biləcəksiniz.