Qahirə sammitində nələrdən danışıldı...

22/10/2023 - 07:38

Misirin paytaxtı Qahirədə keçirilən sülh sammitinin iştirakçıları yekun bəyannamə imzalayıblar.

 

Modern.az xəbər verir ki, bəyannamədə Qəzza zolağında münaqişənin hər iki tərəfində mülki şəxslərə qarşı zorakılıq pislənilir.

 

Bəyannamədə həmçinin İsrail və HƏMAS arasında münaqişənin genişlənməsinin qarşısının alınmasının labüdlüyü vurğulanıb.

 

“Biz mülki şəxslərə qarşı hər hansı hücumu, mülki şəxslərə qarşı zorakılığı, eləcə də münaqişə tərəflərindən hər hansı birinin beynəlxalq humanitar hüququ və insan haqlarını pozmasını pisləyir və rədd edirik”, - bəyannamədə deyilir.

 

Sənədin müəllifləri “1949-cu il Cenevrə Konvensiyasına zidd olan mülki hədəflərə hücumların, insanların fərdi və ya kütləvi məcburi köçkünlüyünün, habelə kollektiv cəzanın tətbiqinin yolverilməzliyini” qeyd edirlər.

 

Sammitdə ərəb ölkələrinin liderləri ilə yanaşı, BMT, Avropa Şurası, Böyük Britaniya, Yunanıstan, Türkiyə, Kipr və İtaliyanın nümayəndələri iştirak ediblər. 

 

“Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, bir çox Avropa liderləri Fələstin-İsrail münaqişəsi ilə bağlı fikir ayrılıqlarına görə sammitdə iştirakdan imtina edib.

    Modern.az

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ