"Qarşıda bizi daha ağır döyüşlər gözləyir" - Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədrindən AÇIQLAMA

01/02/2023 - 10:04

"Qarşıdakı iki ay Rusiya-Ukrayna müharibəsinin taleyi üçün həlledici olacaq. Qarşıda bizi daha ağır döyüşlər gözləyir".

Bunu “Sky nyus”a müsahibəsində Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.

Onun sözlərinə görə, Rusiya böyük eskalasiyaya hazırlaşır. O.Danilov bunun qarşıdakı 2-3 həftə ərzində baş verə biləcəyini söyləyib. Təhlükəsizlik Şurasının sədri həmçinin bildirib ki, ən ağır döyüşlər hələ qarşıdadır.

O.Danilov Qərbin müttəfiqlərini Kiyevə daha çox hərbi dəstək verməyə çağırıb. O vurğulayıb ki, Rusiya müharibənin ildönümü ərəfəsində (red: fevralın 24-ü) şimaldan, cənubdan və şərqdən yeni hücuma keçə bilər:

"İndi Qərbin dəstəyi əvvəlkinə nisbətən daha ciddi olmalıdır. Rusiyanın itkiləri bizim itkilərimizdən çoxdur. Amma dediyim kimi, daha qanlı günlər qarşıdadır. Bizim məqsədimiz təkcə ötən ilin fevralın 24-dək olan sərhədləri bərpa etmək deyil. Biz həm də Krım yarımadasını və şərqi Donbası azad edəcəyik. Bütün dünya bizi dəstəkləyir. Ona görə də biz mütləq qalib gələcəyik".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33