Qocalmaq istəməyənlər bu GİLƏMEYVƏDƏN YESİNLƏR - FOTO
31/01/2025 - 07:34
Qaragilənin tərkibindəki antioksidantlar orqanizmin qocalma prosesinin öhdəsindən gəlməyə kömək edir, onu ləngidir.
Qafqaz.Media Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyalı dietoloq Qalina Volkova deyib.
Həkimin sözlərinə görə, qaragilə yemək həm də bir çox xroniki xəstəliklərin riskini azaldır və ürək-damar sistemi, həzm sistemi və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Volkova deyib ki, qaragilə beyin funksiyasını və tor qişanın vəziyyətini yaxşılaşdırır.