Qəzada həlak olan 24 nəfərin nəşi tibbi ekspertizadan keçirilir - CANLI

29/12/2024 - 06:22

Qazaxıstanın Aktau şəhərində "Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvünün və 21 sərnişinin cənazəsi tibbi ekspertiza məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılıb. Publika.az xəbər verir ki, sözügedən şöbələrdə cənazələrin təkrar müayinəsi həyata keçiriləcək. Baş Prokurorluğun İstintaq İdarəsinin qərarına əsasən, həlak olanların nəşi məhkəmə-tibbi müayinədən keçiriləcək, ekspertiza rəyi hazırlanaraq aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Xatırladaq ki, dekabrın 28-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya gətirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəzər dənizində ZƏLZƏLƏ
30/12/2024 - 06:22