Qəzzada hələ də 215-ə yaxın girov saxlanır

25/11/2023 - 21:42

Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri hələ də Qəzza zolağında 215-ə yaxın girovu saxlayır.

 Bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Doron Şpilman brifinqdə deyib.

“Sizinlə danışdığımız müddətdə Qəzzada təxminən 215 girov qalır”, – o bildirib.

“Bir çox hallarda onların ölü və ya diri olduğunu bilmirik. Kəşfiyyat məlumatları əldə etməyə çalışırıq, lakin bilirik ki, onların çoxu ölmüş ola bilər. Sağ olanların hər an öldürülə biləcəyini söyləmək lazımdır”, – ordu sözçüsü əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33