RUSİYA MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏN UKRAYNAYA HÜCUMA KEÇDİ - NATO hava mkanına müdaxilə oldu / YENİLƏNİB

10/02/2023 - 13:02

Ukraynaya atılan raketlərdən biri Rumıniyanın hava məkanında daxil olub.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.  

Bildirilib ki, bu, NATO-nun hava məkanına müdaxilədir.

***

Ukraynaya atılan raketlərdən biri Moldovanın hava məkanına daxil olub.

Bunu Nikolayev vilayət qubernatoru Vitaliy Kim bildirib. 

Qeyd edək ki, Rusiya bu gün səhər saatlarından etibarən Ukrayna ərazisini kütləvi raket hücumlarına məruz qoyub.

***

Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoyub.

Ukrayna KİV-ləri xəbər verir ki, Kiyev, Dnepropetrovsk, Krivoy- Roq, Zaporojye, Dnepr, Vinnitsa, Xarkov, Nikolayev, Odessa şəhər və vilayətlərində partlayış səsləri eşidilib.

Vətəndaşlara sığınacaqlardan çıxmamaq barədə xəbərdarlıq edilib.