Rusiya neftini sanksiyalardan gizlin satmaq üçün donanma qurdu
03/12/2022 - 15:07
Rusiya Ukrayna ərazisində müharibəyə başladıqdan sonra Qərbin Rusiya neftinin satışına qoyduğu məhdudiyyətlərdən yayınmaq üçün birbaşa və ya dolayısı ilə ən azı 103 tanker alaraq donanma qurub.
Qafqaz.media bildirir ki, bu barədə "Financial Times" gəmiçilik brokeri "Braemar" və "Rystad" konsaltinq şirkətinə istinadən yazıb.
Məlumata görə, Moskva neft embarqosunun tətbiqindən sonra Rusiya karbohidrogenlərinin ən böyük alıcısı olacaq ölkələrə - Hindistan, Çin və Türkiyəyə neft axınını sabit saxlamağa hazırlaşır.
Qafqaz.media