Saakaşvilinin vəkili Ukrayna səfirliyində görüş keçirib

13/01/2023 - 10:17

Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovla görüşüb.

Qafqaz.media bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

Görüşdən sonra vəkil bildirib ki, səfirlik Saakaşvilinin müalicəyə göndərilməsi məsələsinin həllinə hansı dövlətlərin təsir edə biləcəyi ilə maraqlanır.

Xaçapuridze qeyd edib ki, belə ölkələr arasında Fransa, ABŞ, İngiltərə, Türkiyə və Almaniyanın adını çəkib. O, Polşanın adını çəkməyib, hansı ki, bu ölkənin nümayəndələri Saakaşvilini qəbul etməyə hazır olduqlarını bildiriblər.

Səfirlikdən bildirilib ki, Saakaşvili Ukrayna vətəndaşıdır və Kiyev onun müalicəyə keçirilməsi üçün qanun çərçivəsində hər şeyi edəcək.

Xaçapuridze onu da deyib ki, Ukrayna tərəfinin nümayəndələri Gürcüstan prezidenti Salome Zurabişvilinin Saakaşvilini əfv etmək hüququnun olub-olmaması ilə maraqlanıblar.

Qafqaz.media