Salyan gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” adlı layihə həyata keçirilib - FOTOLAR

13/02/2023 - 19:06

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Salyan gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” adlı layihə həyata keçirilib.

Qafqaz.media xəbər verir ki, layihənin rəhbəri Anar Güllərli layihənin mahiyyəti, məqsədi, hədəf qrupu haqqında məlumat verib. Eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyinin direktoru Günel Salayeva gənclərə Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətləri, eləcə də “İdeyanı Reallaşdır – 2022” fərdi qrant müsabiqəsi haqqında ətraflı məlumat verib.

Tədbirdə ekspert qismində Bakı Dövlət Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının məzunu Mətanət Quliyeva gənclərə zərərli vərdişlər mövzusunda məlumatlar təqdim edib, gənclərin zərərli vərdişlərə qurşanması, zərərli vərdişlərin insan psixologiyasına təsiri və zərərli vərdişlərdən qurtulmaq yollarını haqqında məlumat verib.

Mövzu barədə gənclər arasında fikir mübadiləsi aparılıb, müəllimlər və gənclər müzakirədə fəal şəkildə iştirak edib.

Qafqaz.media