Sıra mənə çatanda...-Nüsrət Kəsəmənlinin şeirləri

16/12/2024 - 08:41

__________________________________________________________________________________________________________

Qafqaz.Media görkəmli şairimiz Nüsrət Kəsəmənlinin mətbuatda dərc olunmayan şeirlərinin bir qismini təqdim edir:

SIRA MƏNƏ ÇATANDA...

Hər şey qəhətə çıxır,
Sıra mənə çatanda.
Çevrilib Abram olur,
Sara mənə çatanda.

Torpaq alaq bitirir,
Ağac sərçə gətirir,
Hamı bütöv götürür,
Para mənə çatanda.

Nadanlar qürrələnir,
Günahlar sıralanır,
Bağ-bağat uralanır,
Qora mənə çatanda.

Ariflər söz qanmayır,
Məni yersiz danlayır,
Xoruz kimi banlayır, -
Fərə mənə çatanda.

Hər șey seçilməz olur,
Dərdiyim güllər solur,
Keçilməz bir đağ olur,
Dərə mənə çatanda.

Fələk nələr edəndi,
Oyun əldən gedəndi,
Ümid qalır nədəndi,
Zərə, mənə çatanda.

Hər gələn bir iz qoyur,
Yollarıma göz qoyur,
Xeyirxahlar üz qoyur,
Gora, mənə çatanda.

Nəyinə gərək...

Hər sözdən inciyib, gül kimi solan,
Bazardan ucuz șor. nisyə ət alan.
Nə rüşvət verəndi,nə rüşvət alan,
Şair bu dövlətin nəyinə gərək?!

Nə yayı gizlədir, nə də ki, oxu,
Sanki buna qalıb kasıbın ahı,
Şairdən söz çıxır, pul çıxmır, axı,
Şair bu dövlətin nəyinə gərək?!

Xalq batır, bərabər bataq deyirsə,
Ölkəyə bit düşmüș yataq deyirsə,
... öpən deyilsə, yaltaq deyilsə,
Șair bu dövlətin nəyinə gərək?

Məmura bəzəkli söz lazım deyil.
Tükü tükdən seçən göz lazım deyil.
Yalan tərif olsun, düz lazım deyil,
Şair bu dövlətin nəyinə gərək?!

Bağırıb kütlənin bağrını yarmır,
Siyasət üyüdüb milləti yormur,
İtaət bacarmır, qulluq bacarmır,
Şair bu dövlətin nəyinə gərək?!

Döyülsə, söyülsə yola gəlməyən,
Özü ölüb gedən, adı ölməyən,
Dərisi bir qəpik pula dəyməyən,
Şair bu dövlətin nəyinə gərək?1

Hər sözə söyləsin "bəli" gərəkdir,
Şair diri deyil, ölü gərəkdir,
Dövlətə qan soran zəli gərəkdir,
Şair bu dövlətin nəyinə gərək?!

Satqınlıq eyləyib iș verə bilmir,
İlhamı hey çapır, dağ-dərə bilmir,
Haqlını zindana göndərə bilmir,
Şair bu dövlətin nəyinə gərək?!

Səsini içinə qısmayacaqsa,
Rəhbərə təriflər yazmayacaqsa,
Ordenə, medala susmayacaqsa,
Şair bu dövlətin nəyinə gərək?!

Şairdir, hər sözü götürən deyil,
Pisə lənət deyib, ötürən deyil,
Şair oğraş deyil, ...verən deyil,
Şair bu dövlətin nəyinə gərək?

SƏN KİMDƏN KÜSÜRSƏN...

Gələnə yalvarıb öyən də sənsən,
Gedənin dalinca söyən də sənsən,
Yeyilən də sənsən, yeyən də sənsən,
Sən kimdən küsürsən, a yazaq millət.

Çırağın qaralır, ocağın sõnür,
Alçağın ucalır. ucalar enir,
Kimə güvənirsən yaltağa dönür,
Sən kimdən küsürsən, a yazıq millət.

Özgənin gözündə qıl axtanırsan,
Milçək qismətinlə fiI axtarırsan,
Vəzifə gəzirsən, pul axtarırsan,
Sən kimdən küsürsən, a yazıq millət.

Atın yad tövlədə kişnəyir sənin,
Dilindən șüarlar düşməyir sənin.
Yaltaqlıq qanına işləyir sənin.
Sən kimdən küsürsən, a yazıą millət.

Yardım aldığın gün bayramdı-bayram,
Yediyin quru șor, içdiyin ayran,
Özün dözümünə olubsan heyran,
Sən kimdən küsürsən, a yazıq millət.

Rüşvətə qul oldun. tamaha düşgün,
Bu quyu dibindən çıxmağın müşgül,
Adın qaçqın oldu, soyadın köçkün,
Sən kimdən küsürsən, a yazıq millət.

Bostanın sovulub, urası qalıb,
Parası gedibdi,parası qalıb,
Alnında acizlik damğası qalıb,
Sən kimdən küsürsən, a yazıq millət.

Cırıq şalvarından görünür dizin,
Özünü yandırır alovun, közün,
Alan da özünsən, satan da özün,
Sən kimdən küsürsən, a yazıq  millət.

Bilmirik heç hansı ətəkdən tutaq,
Arılar qoymur ki, pətəkdən tutaq,
Alimin qorxaqdı, şairin yaltaq,
Sən kimdən küsürsən,a yazıq  millət.

Səni söyənlərin dilindən öpdün,
Yanmış evinizin külündən öpdün,
Başına vuranın əlindən öpdün,
Sən kimdən küsürsən, a yazıq millət.

Başından qasırģa, tufan əsibdi,
Tutduğun ətəkdən əli kəsibdi,
Tale üz döndərib. bəxtin küsübdü,
Sən kimdən küsürsən, a yazıq millət!

QAYTARIN MƏNƏ...

Hələ ki,  ömürdən aparır illər,
Qaytarın, dözümü qaytarın mənə.
Yudu torpağımdan izimi sellər,
Qaytarın, izimi qaytarın mənə.

İl ilə qovuşur, həsrət sovuşmur,
Xırda sevinclərə əlim yovuşmur,
Yerlə göy qovușur, Vətan qovuşmur ,
Qaytarın, özümü qaytarın mənə.

Qapını bağladıq,  damdan girdilər,
Yurdumu yadlara peşkəş verdilər,
Bəsdi gözlərimə küil üfürdülər,
Qaytarın, közümü qaytarin mənə.

Söz dedim dağlardan qayıtdı sözüm,
Yadlar tapdağında şumlandı düzüm,
Mənim Qarabağda qalıbdı gözüm,
Qaytarın, gözümü qaytarın mənə.

KƏSIN KİŞİLƏRİN BAŞINI KƏSİN...

Canınız div canı ölən deyilsiz,
Çörək istəyənə, dilən, deyirsiz,
Xalqın göz yaşını silən deyilsiz,
Kəsin kişilərin başını kəsin!

Bir kəsən bilir ki, nə günə  qaldıq,
Yaşarkən, ölüdən ömrü borc aldıq,
Bir dəfə kəsdilər müsəlman olduq,
Kəsin kişilərin bașını, kəsin!

Uçmaq ıstəyənin sındı qanadı,
Qəssab bıçağını başda sınadı,
Onsuz da bu ölkə sallaqxanadı,
Kəsin kişilərin başını, kəsin!

Heç kim çözə bilmir bu müşkül sirri,
Dirisi ölüdü. ölüsü diri,
Hamının yerinə düşünür biri,
Kəsin kişilərin başını, kəsin!

Baş ilə birlikdə görən göz gedir,
Qılıncdan kəsərli neçə söz gedir.
Bezib bu dünyadan yaman tez gedir,
Kəsin kişilərin başını, kəsin!

Kor olmuş gözlərə yaş lazım deyil,
Kasıb  daş da yeyər, aş lazım deyil,
Bu başsız ölkəyə baş lazım deyil,
Kəsin kişilərin başını, kəsin!

QURD OĞLU QURD

Bir qurd oğlu qurdam mən,
Qurdlarla hənək olmaz.
Ovuma düz gedirəm,
Qurdlarla kələķ olmaz.

Göyə üz tutub ular,
Dağı lərzəyə salar,
Qurd balası qurd olar,
Qurdlardan köpək olmaz.

Qurd insafdan uzaqdı,
Heç kim deməz yazıqdı,
Tək qalsa yalquzaqdı,
Kimsədən kömək ummaz.

Döyüşü qurd döyüşü,
Qanlıdı hər gəlişi,
Gül-çiçəklə nə iși,
Qurddan kəpənək olmaz.

Bir qurd oğlu qurdam mən,
Qurdlarla hənək olmaz.
Ovuma düz gedirəm,
Qurdlarda kolək olmaz!

 

YÜKDÜR...

Şehə duruş gətirir,
Damla yarpağa yükdür.
Torpağı becərməyən,
Adam torpağa yükdür.

Sevinci kürünübsə,
Sirrləri gorünübsə,
Kədərə bürünübsə,
Hər șey otağa yükdür.

Nura dönər daș-divar,
Bu nur zülməti qovar,
Qoşalıqda sevgi var -
Təklik yatağa yükdür.

Yay atmaz gərilməsə,
Daş ölər hörülməsə,
Vaxtında dərilməsə,
Șamama tağa yükdür.

Zəhmətdə yoğrulmayan,
Əzabda qovrulmayan,
Barını qorumayan,
Bağban da bağa yükdür.

Yaxası sökülməsə,
Şeh olub tökülməsə,
Vaxtında çəkilməsə,
Duman da dağa yükdür.

Oddan, alovdan keçib,
Hərə bir tale seçib,
Gələcəyi nanəcib,
Övlad qucağa yükdür.

AZ DANIŞ...

Məclislərdə qol boynuma salan dost,

Pəhləvanlar yıxmağından az danış.

Buludunda bircə damla yağış yox,
Şimşək kimi çaxmağından az danış.

Səxavətdən danışmağa üzün yox,
Sözüm üstə söz deməyə sözün yox,
Bir təpəni dırmaşmağa gücün yox,
Zirvələrə çıxmağından az danış.

Fuad Biləsuvarlının təqdimatında

Qafqaz.Media

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20
Ailə sənin məbədindir
05/12/2024 - 23:42
Xəyyam Əhmədli vəfat etdi
03/12/2024 - 07:31
Culbars
02/12/2024 - 09:23
DÜZGÜN OLMAYAN HƏQİQƏT
02/12/2024 - 05:24