TƏCİLİ! Avropa İttifaqının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi açıqlandı - SİYAHI

16/12/2022 - 23:05

Avropa İttifaqının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi açıqlandı.

Qafqaz.media BBC-yə istinadən xəbər verir ki, sanksiyalara aşağıdakılar daxildir:

- Rusiya Federasiyası silahlı qüvvələrinin bütün növləri və onlarla qarşılıqlı əlaqədə olanlar;

- Bütün parlament partiyaları: "Vahid Rusiya", Rusiya Federasiyası Kommunist Partiyası, Liberal Demokrat Partiyası, "Ədalətli Rusiya" və "Yeni İnsanlar". Həmçinin Dövlət Dumasının 40 deputatı və Federasiya Şurasının 44 üzvü;

- Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 20 üzvü;

- Baş nazirin müavini Tatyana Qolikova, təhsil naziri Sergey Kravtsov, elm və təhsil naziri Valeri Falkov, mədəniyyət naziri Olqa Lyubimova;

- “Moskva Kredit Bankı”, “Rusiya Regional İnkişaf Bankı”, “Uzaq Şərq Bankı”;

- “Roskomnadzor”;

- Yeddi rus qubernatoru;

- Teleaparıcı Boris Korçevnikov, müğənni Qriqori Leps, rejissor və teleaparıcı Nikita Mixalkov, tərcüməçi və bloger Dmitri Puçkov, Ramzan Kadırovun qızları - Ayşat və Karina;

СМИ: ЕС не смог согласовать девятый пакет антироссийских санкций

Bundan başqa:

- Avropa İttifaqı Rusiyaya aviasiya və kosmik sənaye üçün malların, eləcə də dronların tədarükünə qadağa qoyub;

- Müəyyən faydalı qazıntıların hasilatı istisna olmaqla, enerji və mədənçıxarma sektorlarına Avropa investisiyası qadağandır;

- “Birinci Kanal”, Rossiya telekanalları, NTV və Ren-TV Aİ ölkələrində yayım lisenziyalarını itirib.

Qafqaz.media