Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü başa çatıb - FOTO - YENİLƏNİB-1

30/07/2024 - 14:59

 

Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrinin 5-ci görüşü baş tutub. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. Xüsusi nümayəndələrin görüşü ilə bağlı bəyanat verilib. Qeyd olunub ki, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər. “Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər”.

 

***

14:26

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü artıq sərhədin Türkiyə tərəfində davam etdirilir. APA xəbər verir ki, görüş Ermənistan ərazisində başlayıb. Görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər.

 

***

12:37

Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçınsayca 5-ci görüşü keçirilir. APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib. Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin əvvəlki görüş 2 il əvvəl - 2022-ci il iyulun 1-də Vyanada baş tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə güclü zəlzələ
25/11/2024 - 23:58
Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35