Vüqar Qurbanovdan daha bir təyinat - FOTO
06/12/2024 - 22:48
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə İbadova Nəcibə Akif qızı Laçın Rayon Mərkəzi Xəstəxanasına direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin olunub. Bakupost.az xəbər verir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov Nəcibə İbadovanı kollektivə təqdim edib. Laçın Rayon Mərkəzi Xəstəxanasının direktor müavini-baş həkimi Nəcibə İbadova indiyə qədər Bakı şəhəri 39 saylı poliklinikanın Uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb. Nəcibə həkimə Laçın rayonunda səhiyyə sisteminin yenidən qurulması işlərində uğurlar arzu edilib.