Xaçmazda 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

09/10/2023 - 21:43

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, “QAZ-3110” və “VAZ-21099” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlər 26 yaşlı Alim Novruzov, 25 yaşlı Gülyanə Novruzova, 52 yaşlı Hicran Qəmbərova və 56 yaşlı Canpolad Qəmbərovdur. Yaralılar Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, onlara tibbi yardım göstərilir.

Xaçmazda 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06