Xaçmazda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
18/12/2024 - 09:40
Xaçmazda 30 yaşlı kişi dəm qazından zəhərlənib. "Report" xəbər verir ki, 20 Yanvar küçəsində 1994-cü il təvəllüdlü Əliyarov Roman Rüstəm oğlu yaşadığı evin hamamında çimərkən orada olan su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb. Araşdırma aparılır.