Xilasedicilər dağıntılar altından 4 azərbaycanlı tələbəni çıxardı

06/02/2023 - 20:12

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Qeyd edilir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adları səsləyiblər, tələbələr cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.