Xətaidə dava zamanı qan töküldü – POLİS ARAŞDIRMA APARIR

12/11/2023 - 10:14

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Qafqaz.media xəbər verir ki, hadisə “Babək Plaza”nın yaxınlığında qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü İsayev Tofiq Zabit oğlu dava zamanı bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.