Zəlzələ nəticəsində 120 polis işçisi həlak olub

10/02/2023 - 16:31

"Zəlzələ nəticəsində bu günə qədər 120 polis əməkdaşı həlak olub".

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

"Eyni zamanda kimliyini müəyyən edə bildiyimiz 32-dən çox jandarma qüvvəmiz də həyatını itirib", - o, əlavə edib.

Nazir, həmçinin deyib ki, dövlət bütün imkanlarını ortaya qoyub:

"AFAD davamlı olaraq ölənlərin sayını açıqlayır. Dağıntılar altından sağ çıxarılanların sayı da göstərilir. Çox böyük əməliyyat keçiririk. Çalışırıq ki, axtarış-xilasetmədən tutmuş qidalanma, maddi-texniki təchizatın toplanması, yardımların paylanması kimi eyni vaxtda çoxlu işi görək".