“Zəlzələ nəticəsində 3 hərbçimiz şəhid olub, yaralılar var” - HULUSİ AKAR

06/02/2023 - 13:45

Milli müdafiə naziri Hulusi Akar bildirib ki, zəlzələ nəticəsində Türkiyə ordusunun 3 hərbçisi şəhid olub.

Nazir deyib ki, bu hadisədə Türkiyə Silahlı Qüvvələrinə dəyən zərər və itkilərin müəyyən edilməsi istiqamətində fəaliyyətlər davam edir.

Hulusi Akar təbii fəlakət nəticəsində xəsarət alan hərbçilərin olduğunu da qeyd edib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.