3 ay "Leyli" obrazını məşq etdikdən sonra adı afişadan silinib

22/12/2023 - 18:14

Muğam ifaçısı Kamilə Nəbiyeva Akademik Opera və Balet Teatrında ona qarşı edilən xoşagəlməz hərəkətdən danışıb. 

Axşam.az xəbər verir ki, xanəndə "Leyli və Məcnun" tamaşasında Leyli obrazını oynamaq üçün dəvət olunub. 3 ay məşq etdikdən sonra isə onun adını afişadan çıxarıblar və səhnəyə çıxmasına imkan verməyiblər. 

Bu haqda "Xəzər axşamı" verilişində danışan Kamilə "3 ay dayanmadan Leyli obrazını məşq etdim. Amma sonra afişadan çıxarıldım. Səbəbini isə demədilər. Soruşmadım... Arzumdur ki, ömrümdə bir dəfə də olsa həmin obrazı səsləndirim. Ümid edirəm ki, olacaq" sözlərini söyləyib. 

QAFQAZ.MEDİA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49