32 yaşlı kişinin müəmmalı sonu - HƏYATINA QƏSD EDİB, YOXSA...

19/11/2023 - 18:57

Qusar rayonunda intihar hadisəsi baş verib.

Qafqaz.media xəbər verir ki, rayon sakini, 1991-ci il təvəllüdlü Muradov Raiq Kamal oğlu özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.