“ABC News” Donald Trampa 15 milyon dollar ödəyəcək

15/12/2024 - 08:58

“ABC News” ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa şərəf və ləyaqətin qorunması işini məhkəməyə qədər həll etmək üçün 15 milyon dollar ödəyəcək. "Report"un məlumatına görə, bu barədə şənbə günü Florida ştatının Cənub Dairəsinin Məhkəməsinin elektron məlumat bazasında dərc edilmiş sənədlərdə deyilir. Razılaşmanın şərtlərinə görə, “ABC News” iddiaçı tərəfindən "təsis ediləcək prezident fondu və muzeyinə" 15 milyon dollar xeyriyyə töhfəsi, həmçinin Trampın vəkillik xərcləri üçün 1 milyon dollar ödəyəcək. Mart ayında Tramp telekanalı və onun aparıcısı Corc Stefanopulosu məhkəməyə verib. Aparıcı efirdə Trampın yazıçı Elizabeth Cin Kerrollu təcavüzdə təqsirli bilindiyini elan edib. Trampın vəkillərinin sözlərinə görə, “ABC News”un aparıcısı bilirdi ki, münsiflər heyəti əvvəllər müttəhimin (Trampın - red) təcavüz etmədiyindən məlumatlı idi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Nazarbayevlə görüşüb
14/12/2024 - 09:31