Aİ-də qaz anbarlarının ehtiyatları 92 mlrd. kubmetri ötüb

29/07/2024 - 11:26

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 84%-i ötüb. Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir. Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 84,12% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9,18 faiz bəndi çoxdur. Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 92,5 mlrd. kubmetr təşkil edir. Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycan nefti bahalaşıb
12/10/2024 - 10:37
Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14