Alim və Fərqanə Qasımovlardan sevənlərinə müjdə
Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova növbəti konsertlərini verəcəklər. Bu haqda Qafqaz.Media saytına Əməkdar artist Fərqanə Qasımova şəxsən özü xəbər verib. "Bilirsiniz ki, biz neçə illərdi ki, atam, muğam ustadı Alim müəllimlə istər öz ölkəmizdə, istərsə də Avropa ölkələrində, türk dünyasında konsertlər veririk. Bu dəfə isə konsertimiz 26 mart 2024 - cü il tarixli gündə Türkiyənin Ankara şəhərində, CSO Ada Ankara Ana Salonda keçirləcək. Onu da deyim ki, konserti Türkiyə Kültür və Turizm nazirliyi edir".
P.S. Biz də öz növbəmizdə dünya şöhrətli sənətkarlarımıza uğurlar azu edirik. Səsiniz həmişə dünya səhnələrindən gəlsin.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media