AXTARIŞDA OLAN ŞƏXS QANUNSUZ YOLLARLA İRANA KEÇMƏK İSTƏDİ... - DSX-dan açıqlama

16/11/2023 - 14:56

Noyabr ayının 14-də saat 10:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. 

Bildirilir ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.