“Azərbaycandayam, heç bir problem yoxdur..." - TANINMIŞ MEYXANAÇI HAQQINDA YAZILANLARA REAKSİYA VERDİ / Yenilənib

04/01/2023 - 11:43

“Azərbaycandayam, heç bir problem yoxdur. Şükürlər olsun, hər şey yaxşıdır. Bu postu paylaşmaqda məqsədim odur ki, doğmalarım, yaxınlarım, məni sevənlər, dəyər verənlər bilsinlər: hər şey yaxşıdır, qaydasındadır. Narahatlığa səbəb yoxdur”.

Qafqaz.media xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkə hesabında yazıb.

Ələkbər Almaniyaya köçmə və səhhətində problem olma məsələsinə aydınlıq gətirib:

“Sadəcə, şayiədir. İnsan gərək addım atanda düşünsün. Yaxınlarım narahat olur, nigaran qalırlar. Reytinqə görə belə şeylər etmək olmaz. Tələb edirəm ki, haqqımda yazılan yanlış informasiyaları silsinlər. Bakıdayam, Allah hər kəsə xoş günlər nəsib etsin”.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Ələkbər Yasamallının bibisi oğlu olub. Həmin ərəfədə Ə.Yasamallının anası mediaya açıqlamasında oğlunun Almaniyada xəstəxanada olduğunu deyib.

*** 03/01/2023 - 11:36

Tanınmış meyxanaçının vəziyyəti ağırdır… - NARKOTİK ASILILIĞINDAN XİLAS OLMAQ ÜÇÜN AVROPAYA APARILMIŞDI, AMMA…

Bir neçə ay öncə ağır vəziyyətdə Avropa ölkələrindən birinə aparılan tanınmış meyxanaçı Ələkbər Yasamallı Bakıya qayıdıb.

Qafqaz.media Bakupost.az-a istinadən xəbər verir ki, onun çox çəki itirdiyi, vəziyyətinin ağır olduğu deyilir.

Xatırladaq ki, Ə. Yasamallı narkotik asılılığından əziyyət çəkirdi. O, bu bəladan qurtulmaq üçün xaricə getmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49