BAYDEN ƏRDOĞANA ZƏNG VURDU... - Həyatını itirənlərlə bağlı başsağlığı verdi, yaralılara şəfa dilədi

07/02/2023 - 00:45

ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, zəlzələ zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı , saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ baş verib. Güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33