Cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

22/10/2024 - 19:35

Azərbaycanın cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək. Bu barədə "Report"a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Lənkəran-Astara bölgəsində oktyabrın 23-də fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərində leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

UTANC (Fraqmental)
21/02/2025 - 12:35
Sabah hava necə olacaq?
16/02/2025 - 21:27