Deputatdan şok təklif: Spirtli içki hədiyyə edənlər cərimələnsin
Rusların bir-birinə spirtli içki hədiyyə verməsini qadağan etmək istəyirlər. Publika.az xəbər verir ki, bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov çıxış edib. “Alkoqol əleyhinə sərt və barışmaz təbliğat aparmağın vaxtıdır. Və ondan başlamalıdır ki, ölkəmizin hər bir vətəndaşı başa düşməlidir: alkoqol zəhərdir! Yaxınlarınıza, dostlarınıza və ya həmkarlarınıza sağlamlığa böyük ziyan vuran, hətta ölümlə nəticələnən nəsə vermək, sadəcə olaraq, yolverilməzdir”, - deyə deputat bildirib. Svintsov rusları alkoqollu içkilərə görə cərimələməyi təklif edib. Fiziki şəxslər üçün cərimə beş min rubl, hüquqi şəxslər üçün isə 100 min rubla qədər olacaq. Hədiyyə bir məmur tərəfindən edilirsə, 35 min rubldan 50 min rubla qədər ödəməli olacaqsınız. Alternativ olaraq o, kinoya, teatra və ya muzeyə bilet, idman zalı üzvlüyü və ya sanatoriyalara vauçer, kitab və ya əlavə təhsil üçün sertifikat hədiyyə edilməsini təklif edib.