İRAN OLAYLARI: BÖYÜK SAVAŞ SSENARİSİNİN BAŞLANĞICI – Təhlil

12/12/2022 - 12:34

Tehranın aylardır qarşısını ala bilmədiyi etiraz hadisələri göstərir ki, ölkə köklü transformasiya ərəfəsindədir və gözlənilən inqilabın yekunu heç də 1979-cu il “İslam inqilabı”nın nəticələrindən daha əhəmiyyətsiz olmayacaq.

Qeyd edək ki, 1979-cu ildə Parisdən gələn (göndərilən – müəl.) Ayətullah Xomeyni hakimiyyətə ələ aldıqdan sonra “İslam inqilabı” nəticəsində xalq kütlələrinin “inqilab həvəsi” İran-İraq müharibəsində yandırıldı. Səbəb məlumdur, insanlar inqilabdan istədiklərini ala bilməmişdilər, narazı kütləni təbii yolla təmizləmək lazım idi.

Bundan başqa, İraq diktatoru Səddam Hüseyn o zaman "qaranlıqda" istifadə olunurdu. O, rəqib ölkədəki inqilabi iğtişaşları İranın etnik ərəblərin yaşadığı neftlə zəngin bölgələrini İraqa birləşdirmək üçün ən yaxşı vaxt hesab edirdi. Nəticədə, hər iki tərəfdən 1 milyondan çox insanın həyatına son qoyan, milyonlarla insanı şikəst edən səkkiz illik qırğın yaşandı. Bu savaş, şübhəsiz, hər iki ölkəni illərlə geriyə atdı və nəticədə istər İran, istər də İraq eyni sərhədlərə qayıtdı. Sonra savaşın davamı Küveytin İraq tərəfindən tutulması və Qərb koalisiyasının bu ölkəyə qarşı müharibələri ilə irəlilədi.

İranla sərhəd bölgələrin “hər an partlamağa hazır barıt” mahiyyətini nəzərə alsaq, əminliklə demək olar ki, geosiyasi güclər prosesləri planlanan müharibəyə yönəltməyə çalışacaqlar. İrandakı hazırkı etirazlar bütün bölgəni partlada biləcək böyük savaş ssenarisinin yalnız ilk hissəsi, başlanğıcı ola bilər. Üstəlik, artıq bir “cəbhə”nin konturları bəlli olmağa başlayır - bu, İranın Azərbaycana qarşı hər zaman istifadə etməyə çalışdığı erməni revanşistləri və “Artsax” separatçılarına dəstəyini daha da artırmasıdır.

İndiki formada erməni millətçilərinin “ayaqlanması” üçün İranın qarşısında xeyli maneələr var. Erməni millətçiliyinin özünəməxsus vəhşi islamofobiyasından tutmuş, Güney Azrbaycan faktoruna kiimi. Lakin liberal istiqamətdə ehtimal olunan “inqilabçı çevriliş”dən sonra hər şey mümkündür. Maraqlıdır ki, Qərb İranda baş verənlərdə yekdilliklə etirazçıların tərəfində, rejimin əleyhində çıxış edir. Ola bilsin ki, İranı son nəticədə Cənubi Qafqazda müharibəyə sürükləmək məqsədi ilə möhtəşəm “xüsusi əməliyyat” həyata keçirilir. Məqsəd İranı Ermənistan üçün döyüşməyə məcbur etmək ola bilər, hansı ki, Ukraynada bataqlığa düşmüş Rusiya bunu edə bilməz.

İranda etirazlar başlayıb » Civil Azerbaijan - İnformasiya portalı

İran İslam Respublikasında “inqilabdan əvvəlki” vəziyyətin ilk əlaməti elitanın içindəki parçalanmadır. Vəziyyət o həddə çatıb ki, İranın ali dini lideri Əli Xamneinin bacısı Bədri Hüseyni Xamnei də etirazları dəstəkləyir. Həmçinin, İranın keçmiş prezidenti Məhəmməd Hatəmi artıq rəsmi şəkildə etirazları dəstəkləyib və hakimiyyəti “çox gec olmadan” etirazçıların tələblərini yerinə yetirməyə çağırıb.

Yada salaq ki, rəmzi olaraq “İran Qorbaçovu” adlandırılan, islahatçı prezident, 1997-2005-ci illərdə iki müddətə prezidentlik etmiş Məhəmməd Hatəmi hakimiyyəti dövründə (o cümlədən İrəvana və Livandakı Fransayönlü qüvvələrə dəstək də daxil olmaqla) açıq şəkildə fransız yönümlü xəttə sadiq qalmışdı. Öz növbəsində Hatəmi də Ermənistanı dəstəkləmək və onun Azərbaycanın Qarabağını işğal altında saxlamaq üçün əlindən gələn hər şeyi etdi. Məhz onun hakimiyyəti dövründə Ermənistanda “Qarabağ klanı” hakimiyyətə gəldi. Eyni zamanda, Hatəmi özünün “liberalizmi” və “reformizmi”nə baxmayaraq, ölkəsində güney azərbaycanlıların ayrı-seçkilik və hüquqlarının pozulmasının qarşısını almaq üçün heç bir iş görmədi.

Bu gün Hatəmi əslində “yuxarıdan” “inqilab hərəkatına” rəhbərlik edərək “qadın, həyat, azadlıq” şüarını “gözəl” adlandırıb və təhlükəsizlik qüvvələrinin tələbələrin həbsini tənqid edib:

“Azadlıq və təhlükəsizliyin bir-birinə zidd olmasına yol verilməməlidir və nəticədə təhlükəsizliyin qorunması bəhanəsi ilə azadlıq tapdalanır və ya azadlıq adı altında təhlükəsizliyə göz yumulur. Mən məmurlara məsləhət görürəm ki, etirazçılara kömək əlini uzatsınlar və idarəetmənin yanlış tərəflərini tanısınlar və çox gec olmadan yaxşı idarəçiliyə doğru irəliləsinlər”.

Hatəmi bu sözləri Tələbələr Günü ilə bağlı açıqlamasında deyib. Maraqlıdır ki, elə həmin gün İranın hazırkı prezidenti İbrahim Rəisi Tehran Universitetinin tələbələrinə müraciətində ənənəvi olaraq iğtişaşlarda ABŞ-ı ittiham edib. Bununla belə, görünür, indiki iqtidar getdikcə cəmiyyətdə dəstəyini itirir və onun “formatlanması” və hakimiyyətə daha liberal olan Hatəmi və ya onun çevrəsinin nümayəndələrinin, lakin daha gənc şəxslərin gəlməsi istisna edilmir.

İran elitasının liberal qanadının nümayəndələri “qadınların hüquqları” ilə bağlı etirazlara dəstək vermələrinə baxmayaraq, İranda milli azlıqların, xüsusən də əhalinin 40%-dən çoxunu təşkil edən eyni azərbaycanlıların hüquqlarının pozulmasından bir kəlmə də danışmırlar. Türk azlıqlarının hüquqlarına gəlincə, etirazların azərbaycanlıların yaşadığı şəhərləri də əhatə etməsinə baxmayaraq, İran elitası arasında həm “ortodoks”, həm də “liberallar” həmrəydir – onlar azərbaycanlılara hüquq vermək fikrində deyillər. Üstəlik, hətta İran azərbaycanlılarının etirazlar fonunda öz hüquqlarını müdafiə etmək üçün utancaq cəhdləri belə, media (xüsusən də Qərb) tərəfindən sadəcə olaraq gözardı edilir.

İranda etirazlar pik həddə: Xomeyninin doğulduğu şəhər də ayağa qalxdı – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Lakin “inqilabçılar” hakimiyyəti ələ keçirsələr, onların kimləri “daxili və xarici düşmən” elan edə biləcəyini təxmin etmək asandır. Bu sırada isə güneyli soydaşlarımız və onları dəstəkləyən Azərbaycan dövlətinin ön planda olacağı istisna deyil. Baxmayaraq ki, etirazlarda “dünyəvi” fars və kürd millətçiləri daha fəal iştirak edirlər. Onlar liberal “dünyəvi” İran tərəfdarıdırlar, amma aydındır ki, antitürk və anti-Azərbaycan mövqedədirlər. Bütün bunlara baxmayaraq, hələlik etirazçıların əsas hədəri molla rejimini tarixə qovuşdurmaqdır.

Ona görə də təsadüfi deyil ki, istər Türkiyə, istərsə də Azərbaycan ümumilikdə etirazçıların tələblərinin ədalətli olması ilə razılaşaraq, İrandakı etiraz aksiyalarının özlərinə də ehtiyatlı davranırlar. Üstəlik, ən şiddətli etirazlar İran Kürdüstanında və İranın etnik kürd bölgələrində keçirilir ki, burada təkcə Tehrandakı rejimə müxalifət deyil, həm də PKK terrorçularına rəğbət var. Və əsas müddəalardan biri “aqressiv” feminizmdir.

Ümumiyyətlə, qərbyönümlü “qadınların saç inqilabı” İranla zəifləmiş Rusiya arasında münasibətləri pisləşdirə bilər. Lakin bu, çətin ki, onun xarici “kuratorları”nın İrana “tapşırdığı”- "Türkiyəyə qarşı regional balans" geosiyasi rolun dəyişməsinə gətirib çıxara bilsin.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12