İsrail CAR-dakı səfirini geri çağırıb

20/11/2023 - 23:01

İsrailin Cənubi Afrika Respublikasındakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.

 Bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, buna səbəb Cənubi Afrika Respublikasındakı rəsmi şəxslərin son bəyanatları olub.

Xatırladaq ki, CAR hökuməti Qəzza zolağında davam edən hərbi əməliyyatı fonunda məsləhətləşmələr üçün İsraildəki diplomatlarını geri çağırmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33